RU

ARDNF-in xarici valyuta ehtiyatlarının həcmi $70.2 mlrd.-a yüksəlib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 16,9% artaraq 70 161,7 milyon ABŞ dolları təşkil ediub.

Banker.az bunu ARDNF-in rüblük hesabatına istinadən xəbər verir.

Əsas maliyyə göstəriciləri (yanvar-sentyabr 2025):

Ümumi aktivlər: 70,2 milyard ABŞ dolları (+16,9%) Ümumi gəlirlər: 13 073,5 milyon manat Ümumi xərclər: 10 917,8 milyon manat Neft-qaz gəlirləri: 7 837,7 milyon manat İnvestisiya gəliri:5 235,7 milyon manat Büdcədənkənar gəlir:15 066,1 milyon manat Dövlət büdcəsinə transfert:10 860,8 milyon manat

Neft-qaz gəlirləri

2025-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olmuşdur, o cümlədən:

mənfəət neftinin və qazın satışından 7 068,8 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olmuşdur.

İnvestisiya və büdcədənkənar gəlirlər

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 5 235,7 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 15 066,1 milyon manat təşkil etmişdir.

Dövlət büdcəsinə transfert və xərc istiqamətləri

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 10 860,8 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

2025-ci ilin yanvar-sentyabr aylarında aşağıdakı icrası davam edən layihələrə 34,3 milyon manat yönəldilmişdir, o cümlədən:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 26,1 milyon manat.

Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil etmişdir.

Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 4 350,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.

 

Избранный
76
7
banker.az

10Источники