RU

Rusiyada daha bir cəza hazırlanır - bu dəfə miqrantlara deyil, tələbələrə...


Rusiyada daha bir cəza tədbirinə start verilir. Məsələ burasındadır ki, bu ölkədə dövlət sifarişi və müəssisə yönləndirməsi ilə oxuyan, lakin məzun olduqdan sonra həmin müəssisələrdə işləməkdən imtina edən kollec məzunlarına qarşı cərimə sanksiyalarının tətbiqi təklif olunub.

Dövlət Dumasında keçirilən müzakirələrdə vurğulanıb ki, məzunların bir qismi təhsilini başa vurduqdan dərhal sonra hərbi xidmətə çağırıldığı üçün iş yerlərinə qayıtmır və ixtisas üzrə fəaliyyət göstərmir. Bu isə müəssisələrdə ciddi kadr çatışmazlığı yaradır.

Təklifə əsasən, dövlət sifarişi ilə təhsil alan, lakin müqavilə öhdəliklərini yerinə yetirməyən məzunlara qarşı maliyyə sanksiyaları – yəni cərimələr tətbiq oluna bilər. İşəgötürənlər hesab edirlər ki, bu addım gənclərin məsuliyyətini artıracaq və ixtisaslı kadr axınının qarşısını alacaq.

Mətləb

Избранный
32
2
baki-xeber.com

10Источники