UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun növbəti oyunları oynanılıb.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə 9 oyun baş tutub. 

"Qalatasaray" evdə Bodo/Qlimt klubuna 3:1 hesabla qalib gəldi. "Qarabağ" səfərdə "Atletik"ə eyni hesabla məğlub oldu.

Digər maraqlı oyunlardan "Real" evdə "Yuventus"a 1 qolla qalib gəldi. "Liverpul" isə səfərdə "Ayntraxt"ın daşını daş üstə qoymadı - 1:5.

Eyni sözləri "Çelsi" üçün də aid etmək olar. Onlar evdə "Ayaks"ı 5:1 hesabla darmadağın etdilər. "Bayern" evdə "Brügge"ni 4:0 hesabla darmadağın etdi.

Günün yekun nəticələri: 

Bayern Münhen 4-0 Brügge
Çelsi 5-1 Ayaks
Qalatasaray 3-1 Bodo/Qlimt
Real Madrid 1-0 Yuventus
Atletik Bilbao 3-1 Qarabağ
Atalanta 0-0 Slaviya Praqa
Liverpul 5-1 Ayntraxt Frankfurt
Sportinq 2-1 Marsel
Monako 0-0 Tottenhem