UEFA Çempionlar Liqasının əsas mərhələsində üçüncü turunun oyunları başa çatıb
Publika.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra turnir cədvəlində dəyişikliklər olub.
Turnirdəki yeganə təmsilçimiz "Qarabağ" ötən turla müqayisədə 7 pillə geriləyib. Səfərdə "Atletik"ə məğlub olan (1:3) Ağdam təmsilçisi 13-cü sıraya enib.
Liderlər sırasında 3 oyunda maksimum xal toplayan beş komanda yer alıb. Bunlar PSJ, "Bayern", "İnter", "Arsenal" və "Real"dır.
Dortmund "Borussiya"sı və "Mançester Siti" 7 xalla onların ardınca gəlir. "Qarabağ"dan başqa, "Nyuaksl", "Barselona", "Liverpul", "Çelsi", "Sportinq", və "Qalatasaray" 6 xal toplayıb.