RU

Norris yüksək sürət zamanı nəzarət və konsentrasiyadan danışdı

Böyük Britaniyalı Formula-1 sürücüsü Lando Norris “Maklaren” komandası adından boliddə sürüş zamanı rahatlıq və təhlükəsizlik barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Vogue" nəşri 25 yaşlı pilotçunun dediklərini belə çatdırıb.

“Yüksək sürət? Maşında özümü çox rahat hiss edirəm, amma onun xaricində bu cür rahatlıq yoxdur. Ən çox həyəcanlanan isə anamdır. Boliddə özünü daha təhlükəsiz hiss edirsən, valideynlərim isə kənardan baxanda narahat olurlar. Sürət və nəzarət tamamilə sənin əlindədir — əlbəttə, nəzarəti itirmədiyin müddətcə. Amma bəzən bu baş verə bilər və o anlarda özünü sərnişin kimi hiss edirsən. Sərhəd sürətinə çıxanda və ən sürətli olmağa çalışanda başa düşürsən ki, hər şey ola bilər… Yaxşı sürücü üçün əsas odur ki, bu anlardan dərs çıxarsın, qəzaları və səhvləri yadda saxlamasın. Mən istəmirəm ki, bu, mənim performansıma mənfi təsir göstərsin”

Избранный
47
90deqiqe.az

1Источники