RU

“Deyib ki, boşanmışam…” – Arvadının xəyanətindən şübhələnən kişidən qandonduran əməl – VİDEO

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Hadisə 2024-cü il avqustun 17-də Balaxanı qəsəbəsində qeydə alınıb.

Həmin gecə 12-ci Polis Şöbəsinə könüllü gələn Bəxtiyar Vəliyev arvadını bıçaqladığını etiraf edib.

NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki, səhər saatlarında Sabunçu Tibb Mərkəzindən Xumar Həsənlinin öldüyü barədə polisə məlumat daxil olub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmədə ifadə verən Bəxtiyar Vəliyev bildirib ki, bibisi qızı olan Xumar Həsənli ilə 2016-cı ildə evlənib, onların üç övladı dünyaya gəlib. O, həyat yoldaşının telefonunda sevgi xarakterli mesajlar gördüyü üçün aralarında əvvəllər də mübahisələr yaşanıb. Qohumlarının vasitəsilə barışsalar da, münasibətləri yenidən pozulub.

Hadisədən təxminən 10 gün əvvəl Bəxtiyar həyat yoldaşının telefonunda tanımadığı bir şəxslə şəkillərini görüb və onu öldürmək qərarına gəlib. Bu məqsədlə mağazadan bıçaq alaraq üzərində gəzdirib.

Avqustun 16-da Xumar işdən çıxandan sonra onlar birlikdə Balaxanı qəsəbəsinə gediblər. Bəxtiyar telefondakı şəkli Xumara göstərib şəkildəki şəxsin kim olduğunu soruşub. Bu zaman qadın cavab verməyib və maşından düşərək qaçmağa cəhd edib. Bəxtiyar onun arxasınca gedərək Xumarın bədəninə çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra hadisə yerindən uzaqlaşaraq qardaşı evinə gedib və birlikdə polisə təslim olub.

Məhkəmə zamanı zərərçəkmişin anası Samirə Həsənova bildirib ki, qardaşı oğlu Bəxtiyar Xumarın işləməsinə şərait yaradıb, lakin ona telefon işlətməyə icazə verməyib və tez-tez zorakılıq göstərib.

Prosesdə şahid qismində ifadə verən Mətləb Cəfərov da Xumarla münasibətdə olduğunu, qadının ona yalandan əri ilə boşandığını dediyinə görə münasibətdə olduğunu bildirib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Vəliyev xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı videomaterialda:

Избранный
23
nocomment.az

1Источники