BAKI, 22 oktyabr. TELEQRAF
“Kriç Nersisyan (katolikos II Qaregin) çoxdan kilsədən kənarlaşdırılıb, o, Ana Kilsəni (Eçmiədzini) ələ keçirən bir şəxsdir. Qoy əvvəlcə ictimaiyyətə izah etsin: haradan və necə qadın və uşaqları var. Bizim kilsə ilə münaqişəmiz yoxdur, bizim münaqişəmiz kilsəni murdarlayanlarla, andını pozanlarla bağlıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O vurğulayıb ki, kilsədən kənarlaşdırılmış şəxs başqasını kilsədən kənarlaşdıra bilməz.