RU

Qvardiola “Barselona”nın futbolçusunu istəyir

“Barselona”nın 21 yaşlı müdafiəçisi Alexandro Balde “Mançester Siti”nin maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, Pep Qvardiola Baldeyi komandasında görmək istədiyini bildirib və mövcud transfer imkanlarını “Barselona”nın idman direktoru Deku ilə müzakirə edib.

2023-cü ildə də “şəhərlilər” Baldeni almağa çalışmış, lakin Kataloniya klubu razılıq verməmişdi.

Hazırda Balde komandada əsas oyunçulardan biridir və müqaviləsi 2028-ci ilə qədərdir, buna baxmayaraq Qvardiola onun oyun stilinə tam uyğun olduğunu hesab edir.

 

Избранный
36
1
idmanxeber.az

2Источники