RU

ABŞ və Qətər birgə məktub yazdı: Avropanı hədələdilər

Blok yeni sərt iqlim və insan hüquqları qaydalarından imtina etməsə, onun ticarət, investisiya və enerji təchizatı zədələnəcək.

Publika.az "Financial Times"a istinadən xəbər verir ki, belə bir xəbərdarlığı Avropa İttifaqına ABŞ və Qətər edib.

Onlar bildiriblər ki, Aİ-nin korporativ dayanıqlılıq üzrə lazımi araşdırma direktivi Avropa iqtisadiyyatının böyüməsi, rəqabət qabiliyyəti və dayanıqlılığı üçün “ekzistensial təhlükə” yaradır və onun enerji təhlükəsizliyini təhlükə altına qoyur.

Qeyd edək ki, 2027-ci ildən qüvvəyə minəcək lazımi araşdırma qanunu, Aİ üzvlərinə, tədarük zəncirləri ətraf mühitə və ya insan hüquqlarına zərər vuran şirkətləri qlobal dövriyyənin 5%-nə qədər cərimələməyə imkan verəcək.

ABŞ və Qətər, həmçinin cümə günü AB qanunvericiləri tərəfindən gündəmə gətiriləcək qaydaların, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra blok üçün həyat xəttinə çevrilmiş mayeləşdirilmiş təbii qazın ixracına zərər verəcəyini söyləyib.

Избранный
55
publika.az

1Источники