Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya ABŞ-a Ukraynada sülh sazişinin şərtlərini göstərən qapalı diplomatik nota göndərib.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sənəddə Moskva “Donetsk və Luqansk Xalq Respublikaları”nın bütün ərazisi üzərində nəzarətin yaradılması tələbini təkrarlayıb.
Agentliyin məlumatına görə, Rusiyanın mövqeyi faktiki olaraq ABŞ Prezidenti Donald Trampın hazırkı siyasəti ilə ziddiyyət təşkil edir. O, mövcud mövqelərdə cəbhə xəttinin dondurulmasının tərəfdarıdır.
Xatırladaq ki, ötən gün Fransanın “AFP” xəbər agentliyi Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün gərgin keçdiyini yazmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        