Rusiya ABŞ-a Ukraynada sülh sazişinin şərtlərini əks etdirən qapalı diplomatik nota göndərib.
Bu barədə “Reuters” məlumat yayıb.
Sənəddə Moskva “Donetsk və Luqansk Xalq Respublikaları”nın bütün ərazisi üzərində nəzarətin yaradılması tələbini təkrarlayıb.
Agentliyin məlumatına görə, Rusiyanın mövqeyi faktiki olaraq ABŞ Prezidenti Donald Trampın hazırkı siyasəti ilə ziddiyyət təşkil edir. O, mövcud mövqelərdə cəbhə xəttinin dondurulmasının tərəfdarıdır.
Xatırladaq ki, ötən gün Fransanın AFP agentliyi Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün gərgin keçdiyini yazmışdı.
Globalinfo.az