RU

AMB: “Bank BTB” dayanıqlıdır

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uzun müddətdir ki, zərərlə işləyən “Bank BTB” ASC-nin bağlanması ehtimalına münasibət bildirib.

O, bu barədə rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında danışıb.

“Hazırda “Bank BTB”nin AMB-nin tələblərinə cavab vermədiyi hallar yoxdur. Bank dayanıqlıdır, bütün prudensial tələbələrimizə cavab verir”, – deyə o qeyd edib.

“Bank BTB” bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur. N.Mehdiyeva Prezident Administrasiyanın keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevin gəlinidir.

Избранный
28
2
banker.az

8Источники