Ajans.azxəbər verir ki, sentyabrın 18-də Ağsu rayonunda itkin düşdüyü bildirilən Eldar Niftaliyevin meyiti oktyabrın 21-də aşkarlanıb. Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Abdulabad kəndinin ərazisindən keçən “Şirvan” kanalında tapılıb.