AZ

İtkin düşən şəxsin meyiti tapıldı

11:57 22.10.2025
11:57 22.10.2025

Hacıqabul rayonunda itkin kimi axtarılan şəxsin meyiti tapılıb.

Mynews.az xəbər verir ki, sentyabrın 18-də Ağsu rayonunda itkin düşdüyü bildirilən Eldar Niftaliyevin meyiti oktyabrın 21-də aşkarlanıb.

Onun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Abdulabad kəndinin ərazisindən keçən “Şirvan” kanalında tapılıb.

Araşdırma aparılır.


Seçilən
44
3
mynews.az

7Mənbələr