RU

Qarabağ ın rəqibi avrokuboklarda ilk dəfə altı top buraxıb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliyanın "Napoli" klubu tarixində ilk dəfə avrokuboklarda bir görüşdə 6 qol buraxıb.

Oxu.Az "Opta Sport" nəşrinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda "Napoli" səfərdə "PSV Eyndhoven"ə 2:6 hesabı ilə uduzub. Qarşılaşma Eyndhovendəki "Philips" stadionunda baş tutub.

"Napoli" sonuncu dəfə 1997-ci ildə A Seriyasında "Sampdoriya" ilə qarşılaşmada (3:6) bir oyunda altı qol buraxıb.

Qeyd edək ki, 3 turdan sonra "PSV Eindhoven" 4, "Napoli" 3 xal toplayıb. "Napoli" nüfuzlu turnirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibidir. Ağdam klubu Neapol təmsilçisi ilə noyabrın 26-da səfərdə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
55
oxu.az

1Источники