RU

Tramp-Putin görüşünə hazırlıq dayandırıldı

BAKI, 21 oktyabr. TELEQRAF

Amerika və Rusiya rəsmiləri prezidentlər Donald Tramp və Vladimir Putinin iştirakı ilə Budapeştdə keçiriləcək sammitə hazırlığı dayandırmış ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində NBC News-un müxbiri Garrett Haake məlumat yayıb.

Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru Haakeyə deyib ki, Budapeştdə ABŞ-Rusiya rəhbərliyi səviyyəsində görüş planlaşdırılmayıb.

O bildirib ki, oktyabrın 20-də ABŞ Dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı “məhsuldar” olub. Lakin Trampın fikrincə, hər iki tərəf görüşə danışıqlara kifayət qədər hazır deyil.

Избранный
50
50
teleqraf.com

10Источники