AZ

Ağ Ev-Kreml xəttində QIRILMA NÖQTƏSİ

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Macarıstanda keçiriləcək sammit iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Marko Rubio arasında gərgin telefon danışığından sonra ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Qeyd edilib ki, Rusiya və Amerika diplomatları oktyabrın 20-də telefonla danışıqlar aparıblar. Onların söhbəti “uğursuzluq” bitib. Məqalə müəllifləri ehtimal ediblər ki, Lavrov söhbət zamanı Rubioya Moskvanın hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması təklifi ilə razılaşmadığını bildirib.

Oktyabrın 16-da Putin və Tramp arasında telefon danışığı olub və onlar Macarıstanda şəxsən görüşmək barədə razılığa gəliblər. Kreml bildirib ki, danışıqlar iki həftə və ya daha sonra baş tuta bilər.

Oktyabrın 21-də CNN yazıb ki, Rusiya və ABŞ xarici işlər nazirləri arasında ötən gün baş tutan söhbətdən sonra amerikalı rəsmilər belə qənaətə gəliblər ki, Rusiya hakimiyyəti Ukrayna ilə bağlı “maksimalist tələblərinə” əməl etməkdə davam edir. Mənbənin sözlərinə görə, Rubio çətin ki, gələn həftə Ağ Evə Rusiya lideri ilə sammit keçirməyi tövsiyə etsin.

Seçilən
24
12
publika.az

10Mənbələr