RU

Makron: Ukraynanın ərazi güzəştləri ilə bağlı danışıqları yalnız Zelenski apara bilər

BAKI, 21 oktyabr. TELEQRAF

Ukraynanın ərazi güzəştləri ilə bağlı danışıqları yalnız Prezident Volodimir Zelenski apara bilər.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bu gün Sloveniya Baş naziri Robert Qolobla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Makronun sözlərinə görə, Ukrayna adından heç kim danışıqlar aparmaq səlahiyyətinə malik deyil:

"Əgər ərazi danışıqları məsələsi gündəmə gələrsə, bu müzakirələri yalnız Volodimir Zelenski apara bilər. Ukrayna öz torpaqları barədə qərar verməlidir, avropalılar isə öz təhlükəsizlikləri üçün".

Fransa lideri vurğulayıb ki, yeganə mümkün sülh müdafiə olunan tərəfə təhlükəsizlik təminatı verən uzunmüddətli sülhdür.

Qeyd edək ki, oktyabrın 17-də Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdən sonra Donald Tramp mövcud cəbhə xəttinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Избранный
35
teleqraf.com

1Источники