RU

Avropa İttifaqından Trampa etiraz: Putinlə bizim məkanda görüşmə

BAKI, 21 oktyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmiləri Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə planlaşdırılan görüşün məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar.

Teleqraf xəbər verir ki, bu barədə “The Financial Times” Aİ mənbələrinə istinadla məlumat yayıb.

Aİ rəsmisi nəşrə deyib: “Budapeştdə bir razılaşma olmuşdu və bu, Ukrayna üçün uğurlu nəticə ilə bitməmişdi”.

Mənbə 1994-cü il Budapeşt Memorandumunu xatırladıb, orada ABŞ, Böyük Britaniya və Rusiya nüvə silahından imtina müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti vermişdi. Həmin razılaşmaya baxmayaraq, Rusiya illər sonra üzərinə götürdüyü öhdəliyi pozaraq Ukrayna ərazilərini işğal edib.

Oktyabrın 16-da Putin və Tramp arasında iki saatlıq telefon danışığı olub.Trampın sözlərinə görə, tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər və Macarıstan paytaxtında keçiriləcək görüşə hazırlaşırlar.

Избранный
10
teleqraf.com

1Источники