RU

Azadlıq meydanının qarşısındakı yol bağlanır - SƏBƏB

Bu gün saat 23:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, məhdudiyyət təmir işləri ilə əlaqədardır və işlər başa çatana qədər hərəkət meydan ərazisindən təmin olunacaq.

Sürücülərə müraciət olunaraq bildirilib ki, aparılan işlərə anlayışla yanaşsınlar, sözügedən ərazidə hərəkət zamanı ehtiyatlı olsunlar, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər.

Избранный
29
1
day.az

10Источники