Rusiya və ABŞ diplomatiya rəhbərləri liderlərin sammiti ərəfəsində danışıqlar aparmağa hazırlaşır...
Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio 30 oktyabrda Budapeştə səfər edə bilərlər. Görüşün məqsədi iki ölkə liderlərinin planlaşdırılan sammiti ərəfəsində ilkin danışıqlar aparmaqdır.
Mənbələrin bildirdiyinə görə, tərəflər Budapeştdə keçiriləcək bu görüşdə ABŞ və Rusiya arasında siyasi münasibətlərin bərpası, Ukrayna münaqişəsinin gələcək istiqaməti və təhlükəsizlik məsələləri kimi mövzuları müzakirə etməyi planlaşdırırlar.
Qeyd olunur ki, bu danışıqlar Donald Tramp və Vladimir Putin arasında baş tutacağı gözlənilən sammitə hazırlıq mərhələsi hesab olunur. Diplomatik mənbələrə görə, Budapeşt görüşü tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün mühüm sınaq olacaq.
Poliqon.info