EN

Lavrov və Rubio 30 oktyabrda Budapeştdə görüşə bilər

Rusiya və ABŞ diplomatiya rəhbərləri liderlərin sammiti ərəfəsində danışıqlar aparmağa hazırlaşır...

Poliqon xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey LavrovABŞ dövlət katibi Marko Rubio 30 oktyabrda Budapeştə səfər edə bilərlər. Görüşün məqsədi iki ölkə liderlərinin planlaşdırılan sammiti ərəfəsində ilkin danışıqlar aparmaqdır.

Mənbələrin bildirdiyinə görə, tərəflər Budapeştdə keçiriləcək bu görüşdə ABŞRusiya arasında siyasi münasibətlərin bərpası, Ukrayna münaqişəsinin gələcək istiqaməti və təhlükəsizlik məsələləri kimi mövzuları müzakirə etməyi planlaşdırırlar.

Qeyd olunur ki, bu danışıqlar Donald Tramp və Vladimir Putin arasında baş tutacağı gözlənilən sammitə hazırlıq mərhələsi hesab olunur. Diplomatik mənbələrə görə, Budapeşt görüşü tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün mühüm sınaq olacaq.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources