Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı və məşhur türk müğənni Doğuş bu gün 11-ci evlilik ildönümlərini qeyd edirlər.
Ölkə.az xəbər verir ki, bu barədə Doğuş sosial mediada paylaşım edərək izləyiciləri ilə bölüşüb.
“11-ci ilimizə girdik, daha çox 11-lik, 22-lik, 55-lik illəri birlikdə keçirməyi arzulayıram, sevgilim", - deyə Doğuş paylaşımda qeyd edib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ilin oktyabr ayında Türkiyədə, dekabr ayında isə Bakıda ailə həyatı qurub. Onların iki əkiz övladı var. Bu, Xoşqədəm Hidayətqızının 2-ci evliliyidir. Onun ilk evliliyindən Zaur adlı oğlu var.

Həmidə İbrahimova