RU

“Obyektim yoxdur, müəssisəm var”- Ramiz Mehdiyevin kürəkəni DANIŞDI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev "Müsavat TV"yə açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, o, R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa cəlb edilməsi ilə bağlı suallara cavab verməsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.

O deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Faktları dəqiqləşdirin, mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.

Избранный
3
2
redaktor.az

3Источники