Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev "Müsavat TV"yə açıqlama verib.
Redaktor.az-ın məlumatına görə, o, R.Mehdiyevin həbsi, durumu, ailənin istintaqa cəlb edilməsi ilə bağlı suallara cavab verməsə də, İ.Əliyev barəsində yayılanlara münasibət bildirib.
O deyib ki, iki gündür mətbuatda barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Faktları dəqiqləşdirin, mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.