RU

Məşhur qrossmeyster qəflətən öldü

Amerikalı qrossmeyster, tanınmış şahmat şərhçisi Daniel Naroditski 29 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun məşqçi kimi çalışdığı “Şarlotta” Şahmat Klubu məlumat yayıb:

“Böyük kədər hissi ilə Daniel Naroditskinin qəfil vəfatı barədə xəbər veririk. Daniel istedadlı şahmatçı, şərhçi və müəllim, şahmat ictimaiyyətinin sevimli üzvü idi, bütün dünyada azarkeşlər və oyunçular tərəfindən hörmət və rəğbət qazanmışdı. O, sevimli oğul və qardaş, çoxlarının sadiq dostu idi”.

Избранный
31
11
publika.az

10Источники