RU

Vüqar Bayramov: “Zəngilan regionun logistik mərkəzinə çevriləcək”

Bu gün Zəngilan şəhərinin düşmən işğalından azad olunmasının 5 ili tamam olur.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, Zəngilan Azərbaycanın cənub-qərbində strateji mövqeyə malikdir və böyük iqtisadi potensiala sahibdir. Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi və Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun inşası rayonu regionun mühüm logistik mərkəzinə çevirəcək:

"Vejnəli kəndində 6,5 ton qızıl ehtiyatı mövcuddur və bu, rayonun iqtisadi inkişafını daha da gücləndirəcək. Hazırda Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış çərçivəsində Ağalı kəndinə 175 ailə köçürülüb".

 

Pərvanə Fərhadqızı

Избранный
93
qht.az

1Источники