RU

Matikaşvili: Avropa İttifaqı artıq dayanmalıdır

BAKI, 20 oktyabr. TELEQRAF

“Əvvəlcə Gürcüstanda seçkilərin ədalətli olub-olmadığını aydınlaşdırmaq lazımdır və qərar bundan sonra verilməlidir. Obyektiv araşdırma aparılmalı, 1 milyon 100 min seçicinin səsi dinlənilməli və o zaman görünəcək ki, xalqın dayandığı yerdə hakimiyyət də dayanır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedur və Qaydalar Komitəsinin sədri Davit Matikaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanda demokratiyanın pozulmasına cəhd göstərən hər kəs və hər şey Avropa İttifaqı bürokratiyası və Gürcüstanda radikalları maliyyələşdirən fondlardır:

“(Avropa İttifaqı tərəfindən) Ölkəmizə qarşı zorakı fəaliyyət dayandırılmalıdır. Avropa bürokratiyası obyektiv kriteriyalara keçdikdə, irəliləyişə göz yuma bilməyəcəklər”.

Matikaşvili Gürcüstan müxalifətini “Avropanın proksi qüvvəsi” adlandırıb və qeyd edib ki, onlardan zamanla ölkədə siyasi məqsədlər naminə zorakılıqların törədilməsində istifadə edilir.

Избранный
82
1
teleqraf.com

2Источники