Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Vladimir Putin və Donald Trampın Budapeştdə gözlənilən görüşünü “xoşagəlməz” adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Bu, çox da xoş deyil", - Avropa diplomatiyasının rəhbəri bildirib.
Kallas həmçinin əlavə edib ki, Avropa İttifaqının 19-cu anti-Rusiya sanksiyaları paketi böyük ehtimalla bu həftə təsdiqlənəcək.