RU

Dövlət müəssisələrində 2000-ə yaxın enerji nəzarət tədbiri görülüb

Bakı. Trend:

Enerji səmərəliliyinin geniş tətbiqi ilə yanaşı, EnerjiMəsələlərini Tənzimləmə Agentliyinin (AERA) tənzimləyici vənəzarətedici fəaliyyəti enerji sektorunda bazar münasibətlərininformalaşmasına, effektiv idarəetmənin, şəffaflığın vəhesabatlılığın təmin olunmasına mühüm töhfə verir. Ötən dövrərzində Agentlik elektrik enerjisinin ötürülməsi, topdan vəpərakəndə satış qiymətləri ilə bağlı təkliflər hazırlayaraq bazarislahatlarının tətbiqinə dəstək verib.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

Qeyd edilib ki, elektrik enerjisi bazarının effektiv təşkiliməqsədilə elektroenergetika sektorunda tənzimlənən qiymətlərin(tariflərin) müəyyən olunması qaydaları hazırlanıb: “Energetikasahəsində tənzimləyici haqqında” qanun layihəsi yenidən işlənilib.Elektrik qurğularının quraşdırılması, texniki istismarı vətəhlükəsizlik texnikası qaydaları təsdiq olunaraq tətbiqə verilib.Hazırda istilik qurğularının texniki istismar və təhlükəsizlikqaydalarının layihələri üzərində işlər davam edir. Qazqurğularının, xətlərin, tüstü bacalarının və havalandırmasistemlərinin təhlükəsiz istismarı və yol verilmiş pozuntularınaşkar edilərək aradan qaldırılması üçün monitorinqlər aparılıb,nəticələr qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirilib. Dövlətmüəssisələrində elektrik və istilik enerjisindən istifadəninsəmərəliliyi, təhlükəsizlik qaydalarına əməl olunması və qazqurğularının etibarlı istismarı ilə bağlı 2000-ə yaxın nəzarəttədbiri həyata keçirilib. Aşkar edilmiş pozuntuların aradanqaldırılması təmin olunub”.

Vurğulanıb ki, qanunvericilik bazasının təkmilləşdirilməsi vəenergetika sektorunda islahatların davamı çərçivəsində “İstiliktəchizatı haqqında” və “Qaz təchizatı haqqında” qanunların qəbuluda atılan mühüm addımlardandır: “İstilik təchizatı ilə bağlı buqanun yeni tikiləcək binalarda mərkəzləşdirilmiş sistemlərintətbiqini məcburi edir ki, bu da enerji resurslarına qənaət, ətrafmühitə atılan emissiyaların azalması və xidmət keyfiyyətininyüksəlməsini təmin edəcək. Qanun, həmçinin istilik istehsalı,paylanması və satış subyektlərinin hüquq və vəzifələriniaydınlaşdırır, dövlət və özəl sektor arasında şəffaf və səmərəlimünasibətlərin formalaşdılmasına imkan yaradır. Qaz təchizatınadair yeni qanun isə qazın nəqli, paylanması, saxlanması, topdan vəpərakəndə satışları, habelə idxalının Dövlət Neft Şirkətinintabeliyində ayrı-ayrı hüquqi şəxslər tərəfindən həyata keçirilməsiqaz təchizatı subyektləri üzrə maliyyə şəffaflığı, xərc əsaslıqiymətlərin (tariflərin) daha düzgün müəyyən olunması, çarpazsubsidiyalaşmanın qarşısının alınması, həmçinin maliyyəintizamlığının təmin edilməsinə gətirib çıxaracaqdır. Bu islahatlarAzərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirir və energetikasektorunu daha müasir və rəqabətədavamlı edir”.

Избранный
119
az.trend.az

1Источники