RU

Azərbaycanda enerji səmərəliliyinə dair yeni təşviq və rəqəmsal mexanizmlər yaradılır

Bakı. Trend:

Enerji keçidinin mühüm komponentlərindən biri olan enerjisəmərəliliyi də Azərbaycanın davamlı inkişaf strategiyasınınmərkəzində dayanır. Enerji səmərəliliyinə dair qanunvericilik vənormativ-hüquqi çərçivənin yaradılması ilə yanaşı, onun bütünsahələrdə geniş tətbiqi və insanların gündəlik davranışınaçevrilməsi əsas prioritetlərimizdəndir.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

Qeyd edilib ki, bu sahədə qanunvericiliyin effektiv icrası vənəzarətin təmin olunması məqsədilə Enerji Effektivliyi İnformasiyaSisteminin (EEİS) yaradılması və onun veb sayt və mobil tətbiqlərvasitəsilə istifadəyə verilməsi istiqamətində işlər aparılır:“Binaların pasportlaşdırılması ilə bağlı hüquqi məsələlərtamamlandıqdan sonra bu proses də EEİS-ə inteqrasiya ediləcək.Enerjinin istehsalı, nəqli, ötürülməsi və paylanması sahələrindəeffektivlik potensialının qiymətləndirilməsinə, eləcə dəqeyri-yaşayış binaları və təsərrüfat subyektlərində enerjiidarəçilərinin təyin edilməsinə başlanıb”.

“Eyni zamanda enerji istehlak edən 9 məhsul üzrə enerjietiketlənməsi və ekoloji dizayn tələblərini əhatə edən 17 texnikireqlament hazırlanıb. Həmçinin enerji resurslarından səmərəliistifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılmasıvə təşviqi məqsədilə yaradılmış “Enerji Effektivliyi Fondu”nunvəsaitləri hesabına yaxın perspektivdə güzəştli kreditlərinverilməsi, pilot layihələrin maliyyələşdirilməsi, qrant vəsubsidiyaların ayrılması məqsədilə normativ baza hazırlanıb.Hazırda Enerji Məsələlərini Tənzimləmə Agentliyi müvəkkil kredittəşkilatları ilə əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsiüçün tədbirlər görür; bu isə enerji resurslarından səmərəliistifadəyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına və enerjisəmərəliliyi üzrə maliyyə təşviqlərinin davamlı şəkildə həyatakeçirilməsinə şərait yaradacaq”, - məqalədə vurğulanıb.

Məqalədə:
Избранный
47
az.trend.az

1Источники