"Qələbə də qazana bilərdik, məğlub da ola bilərdik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Neftçi" ilə heç-heçə başa çatan matçdan sonra deyib.
O, Rahil Məmmədovun zədəsindən sonra mərkəz müdafiəçisi transfer edib-etməyəcəkləri barədə sualı belə cavablandırıb:
"Qışa kimi hələ çox var. Bəli, sıxıntımız olsa, mərkəz müdafiəçisi mövqeyinə transfer edəcəyik. Oyunçularım universaldır. O mövqedə istifadə edə biləcəyimiz oyunçular var".
"Neftçi" ikinci qolu ilə bağlı isə bunları deyib:
"Epizodu dəqiq izləyə bilməmişəm. Elə bir epizod idi ki, dəqiq nəsə demək olmur".
E. Baxşıyev komandanın Naxçıvana tezliklə qayıdacağı barədə söz verildiyini də söyləyib:
"Düşünürəm ki, biz Naxçıvana qayıtsaq, komanda olaraq böyümək ehtimalımız artar. Bizə vəd olundu ki, yaxın gələcəkdə komandanın ev oyunlarını Naxçıvanda keçirmək ehtimalı yüksəkdir.
 
                        