RU

Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir

Medicina portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qalxanabənzər vəzinin düyünlü ur xəstəliyi təhlükəli bir vəziyyətdir. Bəziləri bunu elə də ciddi qəbul etmir, hətta həkimlər də…

“Medicina” xəbər verir ki, düyünlü zob tiroid vəzdə düyünlərin əmələ gəlməsi ilə müşayiət olunan problemdir.

Zob ən çox yod səviyyəsi aşağı olan bölgələrdə olur. 40 yaşdan yuxarı qadınlar ən yüksək risk altındadır. Azərbaycanda da belədir.

Şişlər müxtəlif formalarda olur. Həkimlər şişin tərkibini və mənşəyini müəyyənləşdirir və növünü təyin edirlər. Düyün kist və ya xərçəng ola bilər.

Bu tip şişin əsas səbəbi yod çatışmazlığıdır. Zəif ekoloji şərait də tiroid vəzinə mənfi təsir göstərir. Ona görə düyünlü qalxanvari vəzdə arxayın olmaq olmaz.

Aygün Musayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
icma.az

2Источники