RU

ANAMA-da yeni təyinat olub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) yeni təyinat olub.

Publika.az-ın məlumatına görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şamil Etibar oğlu Rzayev ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Ş.Rzayev 1974-cü ildə anadan olub. O, 2000-2001-ci illərdə ANAMA-da Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.

Избранный
64
39
publika.az

10Источники