Əminəm ki, istintaq orqanları qısa müddət ərzində təhqiqatı tamamlayacaq, Ramiz Mehdiyevin və bu məkrli planda əli olan hər kəsin əməllərini ifşa edən sübutları məhkəməyə təqdim edəcək. Məhkəmə isə dövlətə xəyanət etmiş şəxslərə qanunların tələbinə uyğun olaraq ən sərt və ədalətli cəzanı verəcəkdir.
Bu cəza təkcə bir və bir qrup şəxsin məsuliyyətə cəlb olunması üçün deyil, cəmiyyətə açıq və qəti mesaj vermək üçün də vacibdir:
Dövlətə xəyanət edən heç kim cəzasız qalmayacaq!
Heç kəs dövlətin sabitliyinə və təhlükəsizliyinə qarşı çıxmağı ağlından belə keçirməsin!
Dövlətə sədaqət və xəyanət arasında seçim edənlər üçün dövlətin mövqeyi birmənalı və dəyişməzdir!
Digər tərəfdən bu hadisə bir daha göstərir ki, xarici təhlükələrlə uğurla mübarizə aparan dövlətimiz və onun hüquq mühafizə orqanları daxili xəyənatkarların üzə çıxarılmasında da peşəkarlıq, vətənpərvərlik və dövlətə sədaqət nümayiş etdirirlər.
Azərbaycanda heç kim, heç bir qüvvə ictimai və siyasi sabitliyi poza, xalq-hakimiyyət birliyini zədələyə, dövlətin konstitusyon quruluşuna qarşı çıxa bilməz.
Bu cür ağılsız xəyallara düşənlər, xəyanətə yuvarlananlar, dövlətin daxilində gizlənərək öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutanlar bu gün olduğu kimi sabah da qanun qarşısında cavab verəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31