AZ

Azay Quliyev Ramiz Mehdiyevin cinayət işi barədə: "Xəyanətə yuvarlananlar qanun qarşısında cavab verəcəklər"

Məlum olduğu kimi, üç gün öncə Prezident Administrasiyasına uzun illər rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və dövlət çevrilişinə cəhd maddələri ilə cinayət işi açılıb və məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı haqqında qərar verib.

Bu, təkcə hüquqi yox, həm də siyasi və mənəvi baxımdan münasibət bildirlməsi tələb olunan ciddi bir məsələdir. Çünki söhbət sıradan bir şəxsdən deyil, dövlətin ən yüksək idarəetmə pilləsində uzun illər mühüm vəzifələr daşımış bir şəxsdən gedir.

Bəzi adamlarbu məsələ ilə bağlı açıqlama verməkdən çəkinərək “istintaqın nəticələrini gözləmək lazımdır” kimi mövqelər irəli sürürlər. Əlbəttə, hüquqi proseslərə hörmətlə yanaşmaq vacibdir. Lakin eyni zamanda unutmaq olmaz ki, əgər, Dövlət Təhlükəsizliyi Xidməti bu qədər ağır maddələrlə cinayət işi açıbsa, bu, təsadüfi deyil. Bu, o deməkdir ki, ortada kifayət qədər ciddi faktlar, sübutlar və danılmaz dəlillər mövcuddur.

Əminəm ki, istintaq orqanları qısa müddət ərzində təhqiqatı tamamlayacaq, Ramiz Mehdiyevin və bu məkrli planda əli olan hər kəsin əməllərini ifşa edən sübutları məhkəməyə təqdim edəcək.

Məhkəmə isə dövlətə xəyanət etmiş şəxslərə qanunların tələbinə uyğun olaraq ən sərt və ədalətli cəzanı verəcəkdir.

Bu cəza təkcə bir və bir qrup şəxsin məsuliyyətə cəlb olunması üçün deyil, cəmiyyətə açıq və qəti mesaj vermək üçün də vacibdir:

1. Dövlətə xəyanət edən heç kim cəzasız qalmayacaq!
2. Heç kəs dövlətin sabitliyinə və təhlükəsizliyinə qarşı çıxmağı ağlından belə keçirməsin!
3. Dövlətə sədaqət və xəyanət arasında seçim edənlər üçün dövlətin mövqeyi birmənalı və dəyişməzdir!

Seçilən
30
5
aznews.az

8Mənbələr