RU

Məmmədyarov Mehdiyevin həbsi haqda danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunub. Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Bəs görəsən, Ramiz Mehdiyevin Prezidenti Administrasiyasına rəhbərlik etdiyi dövrdə nazir vəzifəsində olanlar onun həbsi barədə nə düşünür?

Turkustan.az xəbər verir ki, Sitat.info sabiq xarici işlər naziri Elmar Məmmədyarovla əlaqə saxlayıb.

O bildirdi ki, hadisəyə münasibət bildirmək istəmir: “Birincisi, etik baxımdan mən bu hadisəni şərh etmək niyyətində deyiləm. Çünki istintaq da gedir, görək hansı nəticə çıxacaq, Mən yeganə olaraq onu deyə bilərəm ki, Ramiz Mehdiyev Prezident Adminstrasiyasını tərk etdikdən sonra nə onunla görüşmüşəm, nə söhbət etmişəm, nə səsini eşitmişəm, nə də o mənim səsimi eşidib. Ona görə də, hansısa şərh vermək niyyətim yoxdur”.

Избранный
11
6
turkustan.az

10Источники