RU

Cahangir Əsgərovun bankının mənfəəti azaldı

Bu ilin üçüncü rübündə “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% azalaraq 9 milyon 505 min manatdan 9 milyon 92 min manata düşüb.

Publika.az Teleqraf-a xəbər verir ki, hesabat dövründə “Premium Bank” müştərilərə kreditləri 2.3% və ya 10.9 milyon manat artaraq 477 milyon 536 min manata çatdırıb.Maraqlıdır ki, bu kreditlərin tərkibində istehlak kreditləri üstünlük təşkil edib. Əvəzində biznes kreditləri 350 milyon 138 min manatdan 349 milyon 748 min manata düşüb.

9 ayda hüquqi şəxslərin bankdakı vəsaitlərinin həcmi də azalıb. Hüquqi şəxslərin depozitlər 9.4 milyon manat azalaraq 85 milyon 706 min manatdan 76 milyon 312 min manata enib.

Bankın kapitalında bölüşdürülməmiş mənfəət 14 milyon 254 min manatdan 13 milyon 305 min manata, ümumi ehtiyatlar 9 027 min manatdan 8 815 min manata düşüb.

Избранный
25
6
publika.az

7Источники