Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçlə bağlı işlər aparılır.
"APA-Economics"in Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
O vurğulayıb ki, Xankəndidə keçirilən Forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək.
Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiq ixtisaslaşmış agentliyi – UN-Habitat ilə birgə irəli sürdüyü təşəbbüs əsasında yaradılan bu platforma artıq ənənə halını alıb. Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmi dairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktual şəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdim etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq forumun ilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib. Bu il isə tədbir həm Bakıda, həm də Xankəndidə keçirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.