Ermənistanın Loru bölgəsində atışma baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş deputat, Ermənistan Respublika Partiyasının üzvü, tanınmış iş adamı Arkadi Ambartsumyanın evinin yaxınlığında mübahisə, əlbəyaxa dava və atışma olub.
Polis keçmiş deputatın oğlu da daxil olmaqla 7 nəfəri xuliqanlıqda şübhəli bilinərək saxlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Gülayə Mecid