RU

Çoxları bizdən Tomahavk istəyir – Tramp

Zelenski oktyabrın 17-də ABŞ prezidenti Donald Trampdan Tomahavk raketlərini istəyəcək.

Musavat.com xəbər verir ki, məlumatı Tramp Argentina prezidenti Havyer Miley ilə Ağ Evdəki görüşündə açıqlayıb. O qeyd edib ki, ABŞ-da bu raketlərin böyük ehtiyatı var: "Mən onun nə istəmək istədiyini bilirəm: onun silaha ehtiyacı var, Tomahavklara sahib olmaq istərdi. Bizdən çoxları Tomahavk istəyir. Bizdə çoxlu Tomaqavklar var”. Ardınca isə o, zarafatla Mileydən “sizə lazım deyil Tomahavk” deyə soruşub və həmkarının həmin raketlərdən müxalifətə qarşı istifadə edə biləcəyini vurğulayıb.

Tramp həmçinin Ukrayna münaqişəsinin həllinin ləng getməsindən narazı olduğunu deyib: “Putin bu müharibəni bir həftə ərzində qazanmalı idi. İndi o, dördüncü ilinə qədəm qoyur”.

 

Musavat.com

Избранный
51
18
musavat.com

10Источники