RU

Ən çox şikayət olunan internet provayderlər açıqlanıb

Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

APA-Economics” xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.

16 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər “UPLINK” MMC (7.27), “SELNET” MMC (3.84), “KONNEKT” QSC (3.41), “GSP” MMC (3.38), “MEGALİNK” MMC (2.91) olub.

Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq “AG TELEKOM” MMC (10 gün), “BEEONLINE” ASC (9 gün), “MEGALİNK” MMC (9 gün), “AZOTEL” MMC (8 gün) və “UNINET” MMC (8 gün) qərarlaşıb.

Избранный
22
16
apa.az

10Источники