RU

"Rabitəbank"dan 13,2 milyon manat xalis mənfəət - HESABAT

“Rabitəbank” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, bank 2025-ci ilin 9 ayını 13,2 milyon manat xalis mənfəətlə başa vurub.

Bankın faiz gəlirləri 99,5 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 15,7 milyon manat (18,7%) çoxdur.

Bu artımın əsas səbəbi verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu gəlirlər 91,9 milyon manata yüksəlib ki, bu da illik 18,9 milyon manat (25,9%) artım deməkdir.

Hesabat dövründə faiz xərcləri 40,2 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon manat (22,8%) çoxdur.

Depozitlər üzrə faizlər  4,6 milyon manat (19,9%) artaraq 27,7 milyon manata çatıb.

Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 4,1 milyon manat olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon manat (2,3 dəfə) çoxdur.

Nəticədə Bankın xalis faiz gəlirləri 8,2 milyon manat (16,0%) artaraq 59,3 milyon manata çatıb

MƏLUMAT YENİLƏNİR...

Избранный
41
fed.az

1Источники