RU

BMT Qəzzanın bərpasına nə qədər məbləğin tələb olunduğunu açıqlayıb

Bakı. Trend:

Qəzza zolağının yenidən qurulmasına 70 milyard (ABŞ) dollarhəcmində vəsait tələb olunacaq.

Trend xəbər verirki, BMT-nin İnkişaf Proqramının Fələstin Xalqın yardım üzrəinzibatçısının xüsusi nümayəndəsi Yako Silliers bildirib.

“Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Dünya Bankıtərəfindən birgə aparılmış ziyan və ehtiyacların operativqiymətləndirilməsinə əsasən, Qəzzanın bərpası üçün təxminən 70milyard dollar tələb olunacaq”,-deyə o, Cenevrədə keçirilənbrifinqdə bildirib.

Silliers Fələstin anklavında bərpa işlərinin hansı müddətərzində başa çatacağı barədə təxminlərini bölüşməkdən imtinaedib.

Onun sözlərinə görə, adıçəkilən təşkilatların vəzifəsidağıntıların miqyasını müəyyən etməklə yanaşı, hansı ərazilərin ilknövbədə bərpa olunmalı olduğunu və səylərin nəyə yönəldilməliolduğunu prioritetləşdirməkdir.

“Yəqin ki, bütün ərazilər bərpa edilməyəcək”, – deyə o əlavəedib.

Məqalədə:
Избранный
68
1
az.trend.az

2Источники