RU

Mobil rabitə və internet qiymətlərində xidmət səviyyəsi və keyfiyyət artıb? - AYDINLIQ GƏTİRİLDİ

“Ölkəmizdə mobil operatorlar yeni çağırışlara cavab vermirlər”. Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Fərid Kazımov bildirib.

Onun sözlərinə görə, mobil operatorların səs xidmətlərindən qazancı aşağı düşüb: “Hazırda mobil operatorlar mobil internet provayderlərinə çevrilmişdir. Lakin itirdikləri gəlirləri geri qaytarmaq istəyən mobil operatorlar səs xidmətlərinə təlabatın aşağı düşdüyünü və internet xidmətlərinə təlabatın artdığını görüb qiymətləri qaldırırlar.

Qiymət artırmaqla itirdikləri gəlirləri bərpa etmək istəyirlər. Əslində isə mobil operatorlar abunəçilərini nəzərə alaraq abunəçilərinə yeni rəqəmsal xidmətlər təklif etməlidirlər. Mobil operatorlar yalnız mobil rabitə və internet xidmətləri göstərməməlidirlər. Ola bilər ki, mobil operatorların rəqəmsal xidmətlərdən qazancı ənənəvi xidmətlərdəndə çox olsun. Təssüflər olsun ki, biz bunu görmürük. Məsələn, mobil operatorlar abunəçilərinə mobil TV xidməti göstərə bilərlər. Qiymət artımına getmək ən asan yoldur. Evlərdə isə Fiberoptik və GPON texnologiyalı internet qiymətlərinı aşağı salmaq üçün dövlət internet xidmətləri göstərməyi dayandırmalıdır. İnternet bazarında əsas oyunçunun dövlət olduğunu nəzərə alaraq rəqabətdən söhbət belə gedə bilməz.

Bakı Telefon Rabitəsi, Aztelekom dövlətə məxsusdur. Bildiyiniz kimi internet qiymətlərini dövlət provayderləri artıraraq 25 AZN etdi. Ardınca isə özəl provayderlərdə qiymətləri artırdı. Qiymətlər yalnız bazarda azad rəqabət olarsa aşağı düşə bilər. Azad rəqabətin olması üçün birinci növbədə dövlət provayderləri özəlləşdirilməlidir. Ötən il internet qiymətləri artanda Prezident Yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bazarda kartel sövdələşməsinin olduğunu və araşdırma apardıqlarını açıqlamışdı. O araşdırmanın nəticələri barədə bu günə kimi heç bir məlumat açıqlamayıblar. Qiymətlərin aşağı düşməsi üçün bazarda monopoliya ortadan qalxmalı və dövlət bazardan çəkilməlidir. Özəlləşdirmə olduqdan sonra azad rəqabət yaranacaq”.

Müəllif: İlkin Məmmədkərimov

Избранный
15
1
sia.az

2Источники