RU

Türkiyə Prezidenti Ərdoğan Netanyahuya veto qoyub

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail Baş naziri Benyamin Netanyahunun Misirdə Sülh Sammitinə qatılma ehtimalı Türkiyənin vetosu ilə qarşılanıb. Prezident Ərdoğan Netanyahunun iştirakını istəməyib. Digər ölkələrin dəstəyinə baxmayaraq Netanyahu iştirak edə bilməyib.

Bizimyol.info xəbər verir ki, Misirdə keçirilən Sülh Sammitində Netanyahu ilə bağlı böhran yaşanıb.

Prezident Ərdoğan əvvəlcə bu ehtimala sərt reaksiya verib.O, İsrailin sülh masasında təmsil olunmasını istəməyib. Diplomatik təzyiq sayəsində Netanyahuya veto qoyulub.

Misirdə 20-dən çox liderin qatıldığı Qəzza Sammiti də nəzərdən keçirilirdi. Prezident Ərdoğan Misirə səfəri zamanı diplomatik kanalları səfərbər edib, bir çox ölkə ilə görüşərək onun iştirakına mane olub.

Diplomatik səylər Türkiyənin yanaşmasını dəstəkləyən digər dövlətlərlə də uğurla başa çatdı. Az sonra Netanyahunun sammitdə iştirak etməyəcəyi açıqlanıb.

İsrailin baş naziri Benyamin Netanyahunun Şarm əl-Şeyx Sülh Sammitində iştirak etmək qərarından imtina etdiyi rəsmən açıqlanıb.

Hadisəyə siyasi şərhçi Elxan Şahinoğlu: "Rusiyanın keçmiş baş naziri Yevgeniy Primakov 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini təyyarədə alır. O ABŞ-a səfərə gedirdi. Primakov Yuqoslaviyanın bombalanmasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevirərək Moskvaya qayıtmışdı. Oxşar hadisə bu gün baş verə bilərdi. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əl-Şeyx şəhərində keçirilməsi planlaşdırılan Yaxın Şərq Sülh Sammitində İsrailin baş naziri Benyamin Netanyahunun iştirak edəcəyi xəbərini aldıqda tədbirin təşkilatçılarına təyyarəsini geri döndərəcəyi xəbərdarlığını edib. Bundan sonra Benyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi bildirilib. Ərdoğan Netanyahunu cinayətkar və qatil adlandırıb, onun beynəlxalq məhkəməyə verilməsi vacibliyini bildirib, belə olan halda onunla bir tədbirdə iştirak Türkiyə Cumhurbaşqanı üçün qəbuledilməzdir. Ərdoğan öz demarşı ilə Avropa dövlətlərinin liderlərini də mürəkkəb vəziyyətdən çıxarıb. Çünki, Avropa liderləri də Netanyahunu tədbirdə görmək istəməzdilər.

Sadəcə sual olunur: Vaşinqton tədbirdə əvvəlcə Netanyahunun iştirak etməyəcəyini açıqlamışdı, məhz bundan sonra iştirakçı ölkələrin sayı artmışdı, qəfil nə dəyişdi ki, İsrailin baş nazirinin Misirə gedəcəyi xəbəri yayıldı? Görünür, ABŞ Prezidenti Donald Tramp dostu Benyamin Netanyahunu son anda Misirə dəvət etmək istəməklə onun beynəlxalq aləmdə statusunu leqallaşdırmaq istəyib. Alınmadı. Əsas odur ki, Vaşinqtonun sülh planının ilk mərhələsi uğurla başa çatmaq üzrədir, atəşkəs rejiminə start verilib, humanitar yardımlar Qəzzaya çatdırılıb və əsirlər dəyişdirilib, ancaq bu azdır, növbədə münaqişə ocağının birdəfəlik yatırılması və bölgədə sülh quruculuğuna başlanılmasıdır", - deyə münasibət bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
6
icma.az

8Источники