RU

Zəngəzur dəhlizi Cənubi Qafqazda yeni iqtisadi siyasi reallığın əsas dayağıdır POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji və geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edən layihədir. Bu dəhliz Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası, iqtisadi əlaqələrin genişlənməsi və uzunmüddətli sülhün möhkəmlənməsi baxımından yeni imkanlar yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə ölkəmizin nəqliyyat və iqtisadi suverenliyini tam təmin edir. Bu, həmçinin Azərbaycan üçün Türkiyə ilə birbaşa quru əlaqəsinin bərpa olunması deməkdir ki, bu da Bakı-Ankara strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırır: "Dəhliz Cənubi Qafqazı Orta Asiya və Avropa arasında mühüm tranzit körpüsünə çevirir. Beləliklə, Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Mərkəzi Asiya ölkələri, eləcə də Avropa üçün iqtisadi baxımdan alternativ və təhlükəsiz nəqliyyat marşrutu rolunu oynayır. Bu layihə eyni zamanda regionda yeni geosiyasi balansın formalaşmasına səbəb olur. Ermənistan üçün dəhlizin açılması iqtisadi izoliyasiyadan çıxış imkanı yaradır. Bununla yanaşı, Zəngəzur dəhlizi Rusiya, İran, Çin kimi güclərin də maraq dairəsindədir, çünki bu marşrut “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizləri ilə uzlaşaraq beynəlxalq logistika sistemində strateji mövqe formalaşdırır. Zəngəzur dəhlizi sadəcə bir nəqliyyat layihəsi deyil - bu, Cənubi Qafqazda yeni iqtisadi-siyasi reallığın, sabitliyin və əməkdaşlığın əsas dayaqlarından biridir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə regionun gələcək inkişafına və sülh gündəliyinin möhkəmlənməsinə xidmət edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
sia.az

2Источники