RU

Sədərəkdə kütləvi DAVA: Reklam Agentliyinin əməkdaşları döyüldü Video

Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sədərək Ticarət Mərkəzində mühafizəçilərlə Dövlət Reklam Agentliyinin işçiləri arasında dava düşüb.

Tribunainfo.az xəbər verir ki, davaya səbəb ticarət mərkəzində asılmış bəzi reklam lövhələri olub. Məlumata görə, mühafizəçilər Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ticarət mərkəzinin ərazisindən qovublar.

Baş verən mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar məlum videonun şərh bölümündə agentliyin əməkdaşlarının özbaşınalığından bezdiklərini bildiriblər.

Sahibkarların sözlərinə görə, agentliyin işçiləri harada yazı görür, o yazıya görə sahibkardan pul tələb edir.

Satıcı İlham Əliyev bildirib ki, agentlik kəndir olub keçib satıcıların boğazına:

“Bu reklam və onun agentliyi kəndir olub keçib boynumuza. Dərdimizi deməyə yer də yoxdu”.

Sahibkar İlqar Mehri isə bildirib ki, agentlik ancaq öz sexlərində hazırlanan reklamların vurulmasına məcbur edir:

“Reklam agentliyi ağını çıxarıb. Gəlir reklamı sökür, sonra da deyir reklam bizim sexdə hazırlanan reklam olmalıdır”.

Sözügedən dava videosunu və sahibkarların bununla bağlı yazdıqlarını təqdim edirik:

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
2
tribunainfo.az

3Источники