RU

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, günün yeganə oyununda "Azerreyl" "Gəncə"nin qonağı olacaq.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, I turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.

Избранный
80
1
bakivaxti.az

9Источники