Qadın voleybolçular arasında Azərbaycan çempionatı bu gün start götürəcək.

Offsideplus.az xəbər verir ki, günün tək oyunu Gəncədə baş tutacaq. Yerli komanda "Azərreyl"i qəbul edəcək.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, I turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.